Kenquru müsabiqəsində iştirak etmiş bütün şagirdlərin sertifikat və diplomları təhsil ilinin sonunadək yerli Təhsil idarəetmə orqanlarında olacaqdır. (RTİ-lər)

1-ci mərhələnin sertifikatlarını çap etmək üçün UTİS kodunuzu daxil edin
Diqqət! UTİS kodunuzu bilmirsinizsə, aşağıdakı səhifəyə keçid edib ad və soyad üzərindən axtarış edə bilərsiniz.
Ad və soyada görə axtarış

• Müsabiqə 2 mərhələdən ibarət olacaq. 

• Hər sinif üzrə ən yaxşı nəticə göstərən 10% şagirdə diplom təqdim ediləcək.  

• Birinci mərhələdə ən yaxşı nəticə göstərmiş 5% şagird final mərhələsinə vəsiqə qazanacaq.

• Finalçılardan hər sinif üzrə 18 nəfər şagird ( 3 qızıl, 6 gümüş və 9 bürünc medal olmaqla) qalib elan ediləcək. 

• Qaliblər hədiyyə və medallarla təltif ediləcək.

• Bütün iştirakçılara sertifikat təqdim ediləcək.

 

Qeyd edək ki, final mərhələsində iştirak etmək üçün əlavə ödəniş tələb olunmur.

 

Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır. Müsabiqə Azərbaycan, rus və ingilis dillərində keçiriləcək və 90 dəqiqə davam edəcək. İştirak etmək istəyən şagirdlər mütləq qaydada onlayn qeydiyyatdan keçməli, ödəniş etməli və buraxılış vərəqəsini çap etməlidirlər. Ödəniş 20 manat təşkil edir. 

 

Şagirdlərə Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində uğurlar arzu edirik!

Müsabiqədə iştirak məcburi deyil.

Müsabiqə şagirdlərin məktəb (rəsmi) qiymətlərinə təsir etmir.

Qeydiyyat və texniki problemlərlə əlaqəli suallarınız üçün 051 973 79 59(whatsapp), 055 778 85 15 (zəng) nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Çağrı mərkəzi həftənin 1-5-ci günləri saat 09:00-dan 18:00-a, şənbə günləri 09:00-dan 14:00-a qədər fəaliyyət göstərir. (Nahar fasiləsi 13:00-14:00)

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi məzmunu və təşkili ilə bağlı suallarınız üçün 051 449 59 41(whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Çağrı mərkəzi həftənin 1-5-ci günləri saat 09:00-dan 18:00-a qədər fəaliyyət göstərir. (Nahar fasiləsi 13:00-14:00)

Qeydiyyat formasında seçdiyiniz bölmə üzrə iştirakçıya sual kitabçası təqdim olunacaq. Sual kitabçalarını 3 dildən (azərbaycan, rus və ingilis) birində seçə bilərsiniz. 

Müsabiqədə şagirdlərə çətinlik dərəcəsinə müvafiq olaraq 3 ballıq, 4 ballıq və 5 ballıq suallar təqdim ediləcək.

2-ci, 3-cü və 4-cü siniflər maksimal bal:96 (8 ədəd 3 ballıq sual, 8 ədəd 4 ballıq sual, 8 ədəd 5 ballıq sual)

5-10-cu siniflər maksimal bal:120 (10 ədəd 3 ballıq sual, 10 ədəd 4 ballıq sual, 10 ədəd 5 ballıq sual)

2018-ci, 2019-cu, 2021-ci, 2022-ci və 2023-cü illərdə keçirilən Kenquru Riyaziyyat Müsabiqəsinin bütün sinif və dillər üzrə sual kitabçalarını aşağıdakı keçiddən əldə edə bilərsiniz.

2023-cü ilin bütün siniflər üzrə sual kitabçaları

2022-ci ilin bütün siniflər üzrə sual kitabçaları

2021-ci ilin bütün siniflər üzrə sual kitabçaları

2019-cu ilin bütün siniflər üzrə sual kitabçaları

2018-ci ilin bütün siniflər üzrə sual kitabçaları

Suallar qapalı test formasında təqdim ediləcək.

Nümunə cavab kartının doldurulması qaydasına buradan baxa bilərsiniz.